Fransanın Sakit Okeandakı xarici ərazisi olan Yeni Kaledoniyada etirazçılar, polis və fransız hərbçiləri arasında toqquşmalar baş verib. 

"Unikal" xəbər verir ki,  bu barədə "The New York Times" nəşri məlumat yayıb. 

“Fransa parlamenti ərazinin səsvermə qaydalarına dəyişiklikləri təsdiqlədikdən sonra etirazçılar Yeni Kaledoniyanın paytaxtında avtomobilləri və biznes binalarını yandırıblar”, - NYT qeyd edib. 

Yerli Paris rəsmilərinin bildirdiyinə görə, məktəblər də daxil olmaqla bir neçə müəssisə və ictimai bina talan edilib və ya yandırılıb.

Fransa prezidenti Emmanuel Makron xaricdə fövqəladə vəziyyət elan edib. Paris Yeni Kaledoniyanın limanlarına və beynəlxalq hava limanına qoşun yeridib və adalarda "TikTok" sosial şəbəkəsini qadağan edib.

Gülayə Mecid

***08:43

Fransa hakimiyyəti davam edən iğtişaşlar səbəbindən Yeni Kaledoniyaya ordu yerləşdirəcək.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransanın Baş naziri Qabriel Attal deyib.

Bildriilib ki, məqsəd Yeni Kaledoniyanın hava və dəniz limanlarını qorumaqdır.

Qeyd edək ki, iğtişaşlara Parisdə Yeni Kaledoniyada 10 il yaşayan Fransa sakinlərinə əyalət seçkilərində səsvermə hüququ verən qanun layihəsinin qəbul edilməsi səbəb olub. Yerli liderlərin fikrincə, bu yerli əhali olan kanakların səslərinin gücünü azaldacaq.