Ermənistanda aksiya zamanı "Hayastan" blokunun deputatı Aşot Simonyanı döyən polisin səlahiyyətlərinə xitam verilib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənitan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, faktla bağlı araşdırma davam etdirilir. 

*** 14:20

Ermənistan polisi deputat toxunulmazlığı haqqında qanuna zidd olaraq “Ermənistan” müxalifət fraksiyasının üzvü Aşot Simonyanı zor tətbiq edib.

"Unikal" xəbər verir ki,  bu barədə müxalifətin “Srbazan paykar” rəsmi "Telegram" kanalında məlumat verilib.

“Qırmızı beretlilər deputat Aşot Simonyana hücum edib, döyüblər və sonra onu saxlayıblar”, - məlumatda deyilir.

***11:19

"İrəvanda "Qırmızı beretilər” “Ermənistan” blokundan deputat Aşot Simonyanı saxlayıblar. 

"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. 

***08:46

Ermənistanda polis itaətsizlik aksiyasında onlarla vətəndaşı saxlayıb. 

"Unikal" xəbər verir ki, saxlanılanlar arasında KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov və Milli Assambleyanın deputat Artur Sarkisyanı da var. 

Qeyd edək ki, Ermənistanda etiraz aksiyaları səhər tezdən başlayıb.  

 İqor Xaçaturovun saxlanılma anını təqdim edirik:  

Gülayə Mecid