Keçmiş amerikalı kəşfiyyatçı və analitik Skott Ritter ABŞ-da təyyarədən düşürlərək, onun Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) iştirak etmək üçün Rusiyaya uçmasına icazə verilməyib.
"Unikal" xəbər verir ki, bu barədə Ritter özü məlumat verib.
“ABŞ hökuməti mənim uçuşuma icazə vermədi və pasportumu müsadirə etdi. Mən yaxşıyam, sadəcə əsəbləşirəm", - deyə Ritter bildirib.
BMT və ABŞ-nin keçmiş silah müfəttişi həmçinin vurğulayıb ki, onun təyyarədən düşürülməsinin səbəbləri ilə bağlı suala cavab olaraq Ritterə əlavə məlumat vermədən bunun “Dövlət Departamentinin sifarişi” olduğu bildirilib.
Nuranə Abbasova