Ermənistanda “Erməni Hamazkayın Miasnutyun” partiyasının sədr müavini Ararat Avetisyan və bir sıra üzvləri saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə partiya bəyanat yayıb.
"Dünən axşam saat 23:00 radələrində 30-a yaxın polis zabiti kobud güc tətbiq edərək partiyanın sədr müavini Ararat Avetisyanı və bir sıra digər üzvlərini həbs edib. Onlar etiraz aksiyası hazırlamaqda ittiham ediliblər", - deyə bəyanatda qeyd olunub.
Onların bəzilərinin sərbəst buraxıldığı deyilir.
Ağarza Elçinoğlu