Meksikanın Kotija şəhərində qadın bələdiyyə sədri Yolanda Sançes güllələnib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, ən azı 20 güllə yarası alıb və hadisə yerində ölüb. Atışma zamanı onun mühafizəçisi də öldürülüb.
Avtomobilə hücum şəhərin mərkəzində, meriya və polis idarəsinin yaxınlığında baş verib.
Hələlik hücum edənlərdən heç biri saxlanılmayıb. Onların kartellərdən birinin silahlıları olduğu güman edilir. Yolanda Sançez 2021-ci ilin sentyabrında vəzifəyə başlayıb və Kotijanın ilk qadın meri olub. 23 sentyabr 2023-cü ildə Yolanda Sançez cinayətkarlar tərəfindən qaçırılıb. Üç gün sonra o, sərbəst buraxılıb.
Xatırladaq ki, iyunun 3-də Meksikada keçirilən prezident seçkilərində qadın ilk dəfə qalib gəlib.
Meksika tarixindəki ən böyük, həm də müasir tarixin ən şiddətli seçkisi olub və 38 siyasətçi öldürülüb.
Gülayə Mecid