Slovakiyanın baş naziri Robert Fitso mayın 15-də ona qarşı baş verən sui-qəsd cəhdindən sonra ilk dəfə açıqlama verib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Slovakiya hökumətinin başçısı bildirib ki, ona sui-qəsd cəhdi edən Juraj Cintula qarşı nifrət hiss etmir. O qeyd edib ki, sui-qəsd nəticəsində sağlamlığına ciddi ziyan dəyib.
Fitso onu da qeyd edib ki, o, iyun-iyul aylarının keçidində işə qayıtmağı planlaşdırır.
Ağarza Elçinoğlu