Rusiyanın Krasnoyarsk vilayət məhkəməsi 4 azərbaycanlının Şaripov sakinlərinə hücumu ilə bağlı cinayət işi üzrə hökm elan edib.
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, bıçaqla adam öldürən Mirzə Yunanov 17 il müddətinə həbs olunub. O, cəzasını ciddi rejimli kolonda çəkəcək. O, həmçinin mərhumun həyat yoldaşına da 1 milyon rubl ödəməlidir. Məhərrəm Məmmədov, Mayis və Hüseyn Hüseynovların hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarını ümumi rejimli koloniyada çəkəcəklər.
Xatırladaq ki, 2023-cü il avqustun 26-da Şaripovo şəhərinin 7-ci mikrorayonunda yerləşən Staff barının yaxınlığında azərbaycanlılarla ruslar arasında mübahisə baş verib. Onlar evli cütlük və onların dostunu çəkic və armaturla döyüblər. Nəticədə 17 il həbs cəzasına məhkum edilmiş azərbaycanlı onların hər üçünü bıçaqlayıb. Cütlük xəstəxanaya yerləşdirilib. Həkimlər onları xilas edə bilib. Cütlüyün dostu isə yerindəcə dünyasını dəyişib.
Ağarza Elçinoğlu