Buynakskda baş verən kütləvi zəhərlənmədən sonra tibb müəssisəsinə yerləşdirilənlərin sayı 127-yə çatıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin regional idarəsinin mətbuat xidmətinin rəhbəri Zarina Ağmədova bildirib.
“Hazırda kəskin bağırsaq infeksiyası ilə xəstəxanaya daxil olan 36 xəstə müalicə olunaraq evə buraxılıb", - deyə Ağmədova qeyd edib.
Onun sözlərinə görə, tibb işçiləri Buynaksk əhalisi arasında profilaktik tədbirləri davam etdirirlər.