Ötən ilin sonuna olan məlumata görə, müharibələr, iqlim dəyişikliyi, zorakılıq və təqiblər nəticəsində dünya üzrə məcburi köçkünlərin sayı 8% artıb.

"Unikal" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə İdarəsinin (UNHCR) hesabatında deyilir.

Ötən ilin sonunda dünyada təxminən 117,3 milyon insan məcburi köçkün vəziyyətinə düşüb.  

Qeyd olunur ki, 2022-ci ilin sonu ilə müqayisədə ötən ilin sonuna məcburi köçkünlərin sayı 8% artaraq 8,8 milyon nəfərə bərabər olub və son on iki ildə hər il artmaqda davam edir.  

Gülayə Mecid