Ədliyyə Nazirliyi Penitensiar xidmətində növbəti kadr dəyişikliyi olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar xidmətin Umbakı penitensiar kompleksinin rəisi, ədliyyə polkovniki Tahir Yusubovu yaş həddi ilə əlaqədar təqaüdə göndərib. 

Nazirin digər əmri ilə həmin müəssisədə Əməliyyat-Rejim işləri üzrə müavin vəzifəsində işləyən Rauf Nəbiyev Umbakı penitensiar kompleksinə rəis təyin olunub.

Azər İsrafilov