Türkiyənin üç vilayətində meşə yanır.
"Unikal" Türkiyə mətbuatına istionadən xəbər verir ki, Çanaqqala və Uşakda dünən axşamdan başlayan yanğınlar davam edir.
Məlumata görə, İzmirin Dikili rayonunda gecədən başlayan yanğın küləyin təsiri ilə ətraf ərazilərə yayılıb. Hazırda hər üç istiqamətdə yanğına havadan və qurudan müdaxilələr davam edir.
Uşakda bəzi evlərdəki insanlar təxliyə edilib. Ölən və yaralananlar barədə məlumat yoxdur.