Meyxanaçı Ağamirzə Məmmədov "Qonaqcanlı" verilişinin qonağı olub.
"Unikal" xəbər verir ki, tanınmış meyxanaçı proqramda açıqlaması ilə diqqət çəkib.
Onun sözlərinə görə, qızı ABŞ-də Mehdi adlı bəylə ailə həyatı qurub:
"Oğlan Amerikada işləyirdi. Qızım da təhsillə bağlı getdi. Həm ziyarət, həm ticarət. Onlar bir-birini çoxdan istəyirdilər. Həm təhsil almağa, həm onunla ailə qurmağa getdi. İyunun 8-də toy olub. Biz iştirak edə bilmədik. Qismət, Allah necə yazıb, elə də olmalıdır. Toyu da müğənni Elariz Məmmədoğlu idarə edib".