Tez-tez hərəkətləri və açıqlamaları ilə gündəmə gələn məşhur müğənni Yıldız Tilbe yenə qınaq mövzusu olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün Bodrum Antik Teatrında səhnə alan müğənni tarixi türbənin üzərinə çıxaraq mahnı oxumaq istəyib. Həmin anın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Yıldız Tilbenin bu hərəkətini görən mühafizəçilər dərhal müdaxilə edərək müğənnini saxlayıblar. Tarixi binanın qəbir olduğunu anlamayan Tilbe, "Onu oradan çıxarsınlar, burada məzarmı olar?", - deyə reaksiya verib. 

Zərifə Nağıyeva