Məşhur kanadalı aktyor Donald Sazerlend uzun sürən xəstəlik nəticəsində 88 yaşında dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə onun oğlu Kifer Sazerlend məlumat verib.

"Atam Donald Sazerlendin vəfat etdiyini ürək ağrısı ilə bildirirəm. Şəxsən mən onu kino tarixinin ən böyük aktyorlarından biri hesab edirəm. O, heç vaxt heç bir roldan qorxmurdu - yaxşı, pis və ya çətin”, - deyə dedi Kifer Sazerlend bildirib.

Donald Sazerlend "Aclıq oyunları", "Klüt", İtalyansayağı qarət", "Canlı ölülər qəsri", "Meş"  və s. filmləri ilə məşhurdur, "Oskar" və "Emmi" mükafatlarının sahibi olub. 

Aktyor karyerası ərzində 200-ə yaxın filmdə rol alıb.