İş xanımı Ruhi Əliyeva millət vəkili olacağı ilə bağlı yayılan xəbərləri təkzib edib.
"Unikal" xəbər verir ki, bu barədə o, açıqlamasında deyib:
"Əziz dostlar, bir neçə saytın bu günlərdə mənim guya deputat olmaq istəyimlə bağlı yazılar dərc etməsi həqiqəti qətiyyən əks etdirmir.
Bu məzmunlu yazılar yazan jurnalistlər kimlərinsə sifarişini yerinə yetirməkdənsə, öz məsləklərinə hörmət etsinlər və dəqiqləşdirilməmiş məlumatlar yaymasınlar. Mənim deputat olmağımdan narahatlıq keçirənlərə isə demək istəyirəm ki, gecələr rahat yatın, mənim belə bir istəyim yoxdur. Mən azad sahibkar kimi bu gün xoşbəxtəm".