Məşhur amerikalı  reper Kanye West Parisdə dostları və həmkarları üçün təşkil edilən şam yeməyinə 50 min dollardan (85 min AZN) çox pul xərcləyib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, reper həyat yoldaşı Bianca Censori ilə birlikdə Fransanın paytaxtına moda həftəsi üçün gəlib.

Məlumata görə, reper təkcə şəraba 40 000 dollardan çox pul xərcləyib 

"O, yeməyə və içməyə bir ton pul xərcləməkdən qorxmur", - deyə qonaqlardan biri mətbuata açıqlamasında deyib. 

Həmçinin, o, qonaqlara Petrossian qara kürüsü (30 qramı 320 dollar), hisə verilmiş qızılbalığı 3100 dollar və bifteklər 1340 dollara təklif olunan şam yeməyi verib.