Əməkdar rəssam İsa Məmmədov vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. 

İsa Məmməd oğlu Məmmədov 5 mart 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. O, 1979-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1988-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu Rəngkarlıq fakültəsini bitirib.

İsa Məmmədov “Göl kənarında” (1993), “Abşeron bağları” (1997), “Toxucu qadın” (1998), “Bakı bağları” (1999), “Toxucu qız” (2000), “Çətirli qadın” (2000), “Bakı Venesiyası” (2005), “Aşıq Pəri” (2005), “İsmayıllı” (2013) və s. adlı əsərlərin müəllifidir.

İsa Məmmədov 2021-ci ildə möhtərəm Prezidentimizin sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülüb.