Çirkli pulların yuyulması və fırıldaqçılıq şəbəkəsinin üzvü olmaqda təqsirləndirilən və həbs olunduqdan sonra "Anoreksiya nevroza" adlı arıqlama xəstəliyinə tutulması səbəbilə həbsdən çıxan sosial media fenomeni Nihal Candan sosial şəbəkədəki paylaşımları ilə diqqət çəkir.
"Unikal" xəbər verir ki, günün ayəsini paylaşıb, hicab bağlayacağını bildirən Candan, "Başımı bağlamaq istəyirəm, amma düzünü desəm, qorxuram ki, ona da nəsə deyəcəksiniz",- deyə yazıb.
Ona "Həbsxanada olmalısan, ədalət mütləq işləyəcək", "Sən hələ də şou axtarırsan" kimi şərhlər gəlib.
Zərifə Nağıyeva