Türkiyənin ulduz müğənnisi Hadisə aktyorluq sahəsinə qədəm qoyur.

"Unikal" xəbər verir ki, o, aktyor İlhan Şenlə tərəf müqabili olacaq.

Həmçinin, Hadisə yaxın dostu Seda Bakanla eyni serialda rol alacaq. Şenol Sönmezin rejissorluq etdiyi "Esas Oğlan" serialı "Gain" kanalında yayımlanacaq. İyulun ikinci həftəsində çəkilişlərinə başlanacaq serialda Ceren obrazını Hadisə, Mert obrazını isə İlhan Şen canlandıracaq. 8 seriyalı romantik komediya serialında rol alan Seda Bakan isə Selma obrazına həyat verəcək.

Zərifə Nağıyeva