Rusiyalı müğənni Alsunu çətin boşanma proseslərinə cəlb etməmək üçün bakılı əri Yan Abramov ulduza və övladlarına 2,5 milyard rubldan çox əmlak təklif edib.
"Unikal" xəbər verir ki, bu barədə "Starhit" yazır.
Abramov müğənniyə Kiprdə dəyəri 450 milyon rubl dəyərinda villa, razılaşdırılmış ödəniş cədvəlinə uyğun olaraq 250 milyon rubl, yarım milyard rubl dəyərində ailə zərgərlik kolleksiyası verməyə hazırdır. Yan uşaqları 771 milyon rubl dəyərində dəbdəbəli penthausa köçürməyi də təklif edir.
Alsunun əri boşanma işini məhkəməyə verməməyi və mövcud vəziyyəti birlikdə həll etməyə çalışmağı təklif edib.