Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tallinndə Estoniyanın Beynəlxalq Müdafiə və Təhlükəsizlik Mərkəzində (ICDS) dəyirmi masada iştirak edib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Mirzoyan Cənubi Qafqazda mövcud təhlükəsizlik vəziyyətini, son hadisələri və tendensiyaları hərtərəfli təqdim edib. O, sülh sazişinin bağlanmasının vacibliyini vurğulayıb.
Türkiyə ilə münasibətlərin normallaşması prosesinə, dialoq yolu ilə əldə olunan razılaşmalara və onların həyata keçirilməsinin vacibliyinə istinad edilib.
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə toxunan nazir 1991-ci ildə imzalanan Alma-Ata Bəyannaməsi əsasında delimitasiya prosesinin davam etdirilməsi ilə bağlı razılığın əldə olunduğunu imzalandığını vurğulayıb.
Ağarza Elçinoğlu