ABŞ-də Co Bayden-Donald Tramp teledebatı və onun nəticələri Rusiya prezidentinin gündəmindəki əsas məsələlər kateqoriyasına aid deyil.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Diplomat Vladimir Putinin ABŞ prezidentliyinə namizədlərin debatına baxıb-izləməməsi ilə bağlı sualı cavablandırarkən deyib: "Mən düşünmürəm ki, siz prezidentin zəngli saat quracağını, sübh tezdən oyanaraq ABŞ-dəki debatı izləyəcəyini gözləmirdiniz".
O əlavə edib ki, Kreml namizədlərin bəyanatları ilə tanış olacaq, lakin ümumilikdə bu, ABŞ-nin daxili işidir.
Ağarza Elçinoğlu