Taliban beynəlxalq ictimaiyyətin Əfqanıstana qarşı ticarət və maliyyə sanksiyalarının tezliklə ləğvinə ümid edir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Taliban hərəkatının rəsmi nümayəndəsi Zəbihullah Mücahid BMT-nin Əfqanıstan üzrə Doha konfransında bildirib.
Mücahid Qətərin paytaxtında verdiyi açıqlamada , "Əfqanlar dünya ilə müsbət əlaqələri təşviq etmək üçün bir sistem yaratdılar, lakin cavab olaraq sanksiyalar və məhdudiyyətlərlə üzləşdilər", - deyib.
O qeyd edib ki, siyasi fikir ayrılıqları Əfqanıstan xalqına təhlükəsizlik, siyasət və iqtisadiyyat məsələlərində təzyiq üçün səbəb olmamalıdır.