"Əminəm ki, bizdən sonra gələn Serj Sarkisyan hökuməti Qarabağ məsələsinin həlli üçün güzəştə getməyə hazır idi".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.
Onun sözlərinə görə, xarici işlər naziri olduğu müddətdə hökumət güzəştə getməyə hazır olub: "Təbii ki, cəsarətli addımlara ehtiyac var idi və bunun üçün müəyyən təminatlar yox idi. Geniş və böyük legitimliyi nəzərə alsaq, Paşinyan Ermənistanın xeyrinə məsələnin sülh yolu ilə həlli üçün bu güzəştləri etmək üçün bütün əvvəlki prezidentlərin ən geniş imkanlarına malik idi. Söhbət "Artsaxın" son və ya keçid statusu müqabilində ərazilərin qaytarılmasından gedir. Orada söhbət 5+2 rayondan gedir. 5 il ərzində biz Azərbaycan da daxil olmaqla hamı üçün məqbul ola biləcək ara status, "Artsaxı" Ermənistanla birləşdirən dəhliz və gələcəkdə referendum yolu ilə "Artsaxın" statusunu həll etmək imkanı əldə edə bilərdik.
Əgər Paşinyan həmin sənədi götürübsə, aidiyyatı şəxslərə, o cümlədən məni çağırıbsa, o sənədin bütün mahiyyətini, demək başa düşüb. Amma dedi ki, mənim üçün anlaşılmaz olan məqamlar var, mən öyrənməyə çalışıram. Bütün bu müddəalar həmin sənəddə var idi. Paşinyan onların hamısını zibil qutusuna atdı, dedi: "Mən öz sıfır nöqtəmdən başlayıram" və bununla da o, xalqımıza müharibə gətirdi".
Diplomat onu da vurğulayıb ki, Paşinyanın böyük səhvlərindən biri Azərbaycanın tələbi ilə ATƏT-in Minsk Qrupunun səhifəsini bağlamağa razılıq verməsidir: "Ya hakimiyyət fikrini dəyişməlidir, ya da hakimiyyət dəyişməlidir, elə bir orqan olmalıdır ki, bütün danışıqlar gündəminin məntiqini dəyişdirə bilsin və o, Ermənistanla Azərbaycan arasında müddətli və ədalətli sülh üçün daha stabil kursda olsun".
Ağarza Elçinoğlu