Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin ilk günündə Astana küçələrinə hərbi texnikalar yerləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
"Ən azı bir neçə yerdə “Rus pələngləri”nə bənzər zirehli maşınlar və daha ağır texnikalar olub", - agentlik yazır.
Bundan əlavə, xarici nümayəndə heyətlərinin keçidi səbəbindən Qazaxıstan paytaxtının küçələri vaxtaşırı bağlanır.