Dələduzluq işi üzrə həbs edilən 58-ci Ordunun keçmiş komandiri, rus general-mayor İvan Popova hərbi müstəntiqlər tərəfindən ittiham irəli sürülüb.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İttihamlara rəsmi saxtakarlıq maddəsi də əlavə edilib: "Hərbi müstəntiqlər Popova qarşı yekun ittiham irəli sürüblər. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunub: xüsusilə külli miqdarda dələduzluq və vəzifə saxtakarlığı".
Qeyd olunur ki, Popov günahını etiraf etmir.
Günahı sübuta yetirilərsə, general-mayoru ciddi cəza gözləyə bilər, çünki dələduzluğun cəzası on ilə qədərdir. Rəsmi saxtakarlığa gəlincə, Popovu 4 ilə qədər həbs cəzası gözləyir.
Ağarza Elçinoğlu