Şahzadə Uilyam 2023-2024-cü illər arasında 30 milyon dollar qazanıb.

"Unikal" xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb. 

Jurnalistlərin məlumatına görə, III Çarlzın böyük oğlu bu məbləği 2022-ci ilin sentyabrında kral olduqdan sonra atasından miras qalan Kornuolldakı malikanəsindən alıb.  

Kornuoll malikanəsi 1337-ci ildə kral III Edvard tərəfindən taxtın varisinin gələcək nəsillərini maliyyələşdirmək üçün təsis edilmişdir. Buraya 20-dən çox əyalət daxildir və dəyəri 1 milyard dollardan çoxdur.