Türkiyə ordusu Suriya və İraqda 15 terrorçunu zərərsizləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın şimalındakı Qəndil, Asos, Qara və Hakurk bölgələrində 11 PKK terrorçusu, Suriyanın Suriyanın şimalında isə "Fərat Qalxanı" bölgəsində müəyyən edilmiş 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.