Rusiya Federasiyası FTX-nin əməkdaşları Daxili İşlər Nazirliyi ilə birlikdə Dağıstanda Kaspiysk şəhərinin üç sakini tərəfindən planlaşdırılan silsilə terror aktlarının qarşısını alıblar.
"Unikal" xəbər verir ki, bu barədə kəşfiyyat xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
"Kaspiysk şəhərində keçirilən əməliyyat tədbirləri nəticəsində təxribat və terror törətmək niyyətində olan 3 yerli sakin, Rusiya ərazisində qadağan olunmuş beynəlxalq terror təşkilatının tərəfdarları, Rusiya Federasiyasının vətəndaşları müəyyən edilərək həbs ediliblər. Onlar tərəfindən hüquq-mühafizə orqanlarına, eləcə də pravoslav kilsəsinə qarşı tədbirlər planlaşdırılıb", - məlumatda deyilir.
Həbs edilmiş şəxslərin evlərinə baxış keçirilib, kustar üsulla hazırlanmış partlayıcı qurğular, silah-sursat, şəhər və meşə şəraitində döyüş əməliyyatlarının aparılması üçün təlimatlar aşkar edilib.
Ağarza Elçinoğlu