Efiopiyanın Amhara bölgəsində qayıq aşıb.
“Unikal” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sudana gedərkən içərisində 26 nəfərin olduğu qayıq Efiopiyanın Eritreya ilə sərhədindəki Tekeze çayında aşıb.
Amhara bölgəsində baş verən qəzada 19 nəfər həyatını itirib, biri uşaq olmaq üzrə 7 nəfər xilas edilib.
Xilas edilən şəxslərin xəstəxanalara aparıldığı bildirilib.
Fidan Nuriyeva