Prezident Nikolas Maduronun Venesueladakı seçkilərdə qalib gəldiyi elan edildikdən sonra Argentina prezidenti Xavyer Miley nəticəyə qəti şəkildə qarşı çıxıb və dövlət çevrilişinə çağırıb.
"Unikal" xəbər verir ki, Miley "X" sosial media hesabındakı paylaşımında Maduronu "diktator" olmaqda ittiham edib.
Miley açıq şəkildə Venesuelada çevrilişə çağırıb və “Argentina ümid edir ki, Silahlı Qüvvələri bu dəfə demokratiya və xalqın iradəsini müdafiə edəcək” deyib.
Argentinada 2023-cü ilin noyabrında keçirilən mübahisəli prezident seçkilərində böyük fərqlə qalib gələn ifrat sağçı Miley 2023-cü ilin dekabrında vəzifəsinin icrasına başlayıb