Fransanın 6 əyalətində bir çox telefon operatorunu hədəf alan hücumlar həyata keçirilib.
“Unikal” Fransız mətbuatına istinadən bildirir ki, Herault, Bouches-du-Rhone, Oise, Meuse, Drome və Audedə çox sayda telefon opratorunun telekommunikasiya xətlərini hədəf alan, eyni vaxtda baş verən hücumlar SFR, Bouyues və Free şəbəkələrinə təsir edib.
Əldə edilən məlumata görə, şəbəkələrə təsir edən bu vəziyyət, fiber optik xətlərin kəsilməsi nəticəsində meydana gəlib. Free şəbəkəsinin səlahiyyətli şəxslərinin dediyi üzrə çox operatorlu şəbəkə insidentinin baş verdiyini və bəzi xidmətlərin dayandırıla biləcəyini təsdiqləsə də, problemin səbəbi barədə məlumat verməyib.
Fidan Nuriyeva