"HƏMAS Siyasi Bürosunun sədri İsmail Haniyənin Tehranda xaincəsinə öldürülməsini şiddətlə qınayır və lənətləyirəm".
"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Sionist barbarlıq indiyə qədər olduğu kimi yenə öz məqsədlərinə çatmayacaq", - deyə Ərdoğan HƏMAS liderinin öldürülməsinə reaksiya verib.
Türkiyə lideri qeyd edib ki, bu sui-qəsd Fələstin davasını, Qəzzanın müqavimətini və fələstinlilərin ədalətli mübarizəsini pozmağa, fələstinliləri ruhdan salmağa və qorxutmağa yönəlib: "Qardaşım İsmayıl Haniyəyə qarşı sui-qəsdin məqsədi Şeyx Əhməd Yasin, Əbdüləziz Əl Rantisi və bir çox digər Qəzzalı siyasi xadimlərə qarşı iyrənc hücumların məqsədi ilə eynidir. Lakin sionistlərin barbarlığı indiyə qədər olduğu kimi yenə də öz məqsədlərinə çata bilməyəcək.
İnşallah, İslam dünyasının daha güclü mövqeyi və bəşəriyyətin ittifaqı ilə İsrailin coğrafiyamıza vurduğu terror, xüsusilə Qəzzadakı zülm və soyqırımı mütləq sona çatacaq, bölgəmiz və dünyamız dinclik tapacaq.
Bu səbəbdən Türkiyə olaraq bütün imkanlarımızı sınamağa, bütün qapıları açmağa və Fələstinli qardaşlarımızı bütün imkanlarımızla, bütün gücümüzlə dəstəkləməyə davam edəcəyik. Biz 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan azad, suveren və müstəqil Fələstin Dövlətinin qurulması üçün işimizi davam etdirəcəyik.
Mənfur hücum nəticəsində şəhid olan qardaşım İsmayıl Haniyəyə Allah rəhmət eləsin. Ailəsinə səbr, qəzzalı və fələstinli qardaşlarımıza və İslam dünyasına başsağlığı verirəm".
Ağarza Elçinoğlu