Məşhur idman ustası və ictimai xadim, Rusiya prezidenti Vladimir Putinin Şimali Qafqaz regionunun problemləri üzrə keçmiş müşaviri Aslambek Aslaxanov vəfat edib.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Ümumrusiya Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev məlumat yayıb.
Aslaxanovun 82 yaşı var idi, o, sambo üzrə əməkdar idman ustası, güləş və cüdo üzrə SSRİ idman ustası, professor, hüquq elmləri doktoru idi. Aslaxanov mükafatı uğrunda sambo turniri Dünya Kubokunun mərhələlərindən biri olub. Böyük idmandan ayrıldıqdan sonra Aslaxanov veteran yarışlarında mübarizəni davam etdirərək sambo üzrə dəfələrlə dünya çempionu olub.