Avstraliyanın Keyns şəhərində vertolyot dənizkənarı dəbdəbəli hotelin damına çırpılıb, nəticədə pilot ölüb.

"Unikal" xəbər verir ki, Şimali Kvinslend şəhərində baş vermiş hadisədən sonra "DoubleTree by Hilton" hotelinin yüzlərlə qonaq və işçisi təxliyə edilib.

"Nautilus Aviation" şirkətinin təyyarələrindən birinin "icazəsiz istifadə"si ilə bağlı araşdırmalara başlanılıb.

*** 08:28

Avstraliyanın Kvinslend ştatının Keyns şəhərində helikopterin hotel binasına çırpılması nəticəsində azı iki nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri stabildir.

Şahidlərin sözlərinə görə, hadisədən sonra partlayış baş verib.

Qeyd edək ki, Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu hadisə ilə bağlı araşdırma aparır.