Suyun verilməsində fasilə yaranıb.

İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar hazırda hadisə yerində təmir-bərpa işləri davam edir. İntensiv, sürətli, fasiləsiz təmir işləri aparılır. Suyun tezliklə əvvəlki rejimlə bərpası üçün səfərbər rejimdə fəaliyyət göstərilir.