Onkoloqlar gənclər arasında xərçəng diaqnozlarının həyəcan verici artması barədə xəbərdarlıq edirlər.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, əksər ekspertlər bu artımın bəzi qidalarla bağlı olduğunu deyirlər.
Dünya Xərçəng Araşdırma Fondunun qidalanma mütəxəssisi Metyu Lambert xərçəng riskini artıran qidalardan danışıb.
Mütəxəssis ultra işlənmiş qidalar,doymuş yağ, şəkər və duzun çox miqdarda olduğu qidalardan uzaq durmağı tövsiyyə edib.
Qeyd edək ki, o, tortlar, peçenye, cips, şəkərli içkilər, pizza və hamburger kimi qidaların belə qidalara misal olduğunu bildirib.
Fidan Nuriyeva