Su anbarından çıxan xəttin üzərinə sayğacın quraşdırılması səbəbilə sentyabrın 26-sı saat 06:00-dan 20:00-a qədər təmir işləri aparılacaq. Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.
Bu barədə "Unikal"a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
"İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi istiqamətində prosedurlara başlanılacaq. Narahatlığa görə abonentlərdən üzr istəyirik", - məlumatda qeyd olunub.