Azərbaycanda Milli Su Strategiyası hazırlanıb və Nazirlər Kabinetində təsdiq mərhələsindədir.
"Unikal" xəbər verir ki, bunu Xəzər Su İnnovasiya Forumunda panel müzakirəsi zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Elm və İnnovasiyalar sektorunun müdiri Əliağa Əzizov deyib.
"İlk addım olaraq bu sahədə elm və innovasiya məsələsinə baxmalıyıq. Yerli kadrların potensialın artırılmasına dəstək verilməsi niyyətindəyik. Bu sahədə də qabaqcıl beynəlxalq təcrübələrin tətbiq olunmasına maraqlıyıq. Bununla bağlı Niderland tərəfini də cəlb etməyə çalışırıq", - deyə o əlavə edib.