Qaxda motosiklet aşıb, sürücü ölüb.

"Unikal" xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Zəyəm kəndində baş verib.

Belə ki, Qarabaldır kənd sakini, 1993-cü il təvəllüdlü İdrisli Sənan Niyazi oğlu motosikletlə hərəkətdə olarkən onu aşırıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan S.İdrisli ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Seymur Əli