Son dövrlərdə dünyada qadınlara qarşı baş verən zorakılıq və cinayət halları “kişilər üçün komendant saatı tətbiq edilərsə bu zorakılıqlar azala bilərmi?” sualını gündəmə gətirib.
"Unikal" xəbər verir ki, bu mövzu rejissor Şon Kristensenin 2012-ci ildə çəkilmiş qısametrajlı Amerika filmi olan "Curfew" filmində də qələmə alınıb.
Filmdə antiutopik bir gələcəkdə baş verən hadisələr qadınların təhlükəsizliyi üçün kişilərə qanun çərçivəsində onlara axşam saat 19:00 ilə səhər 07:00 arasında komendant saatı tətbiq edilir, bütün kişilər bu qərara riayət etmək məcburiyyətindədir. Həmçinin, kişilərin hərəkətləri 24/7 taxılmalı olan bilərziklərlə izlənilir.
Bütün bunların məqsədi qadınlara qarşı zorakılığı əhəmiyyətli dərəcədə azaltmaqdır.
Qeyd edək ki, illər ərzində qadınlara qarşı baş verən zorakılıq və cinayət halları artmaqdadır. Hər il dünya üzrə 3 qadından biri cinayətin qurbanı olur.
Zərifə Nağıyeva