İsrailin şimalındakı Binyamina rayonu yaxınlığında pilotsuz təyyarənin partlaması nəticəsində yaralananların sayı 67 nəfərə çatıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, zərərçəkənlərdən 4-nün vəziyyəti kritik, 9-nun vəziyyəti isə ağırdır.

***21:47

"Hizbullah"a məxsus pilotsuz uçan aparat İsrailin şimalına hücum edib.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, PUA-nın partlaması nəticəsində azı 40 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır.  Zərərçəkənlər helikopterlə xəstəxanaya yerləşdirilib. Qurbanların sayının artacağı gpzlənilir.

Hadisə Binyamina rayonunda baş verib. Məlumata görə, hava hücumu sirenləri işləməyib.