Dövlət bankı "Azər Türk Bank"ın 01 oktyabr 2024-cü il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 80%-dək artaraq, 1,548 milyard manat səviyyəsində olmuşdur.
"Unikal"ın məlumatına görə, bankın kredit portfelinin həcmi 779,3 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 80% çoxdur.
Bankın gəlirləri 106,5 milyon manat, xərcləri 79,5 milyon manat olub. 2024-cü ilin doqquz ayında "Azər Türk Bank" 18,3 milyon manatdan çox xalis mənfəət əldə edib.
Bankın məcmu kapitalının həcmi 96,3 milyon manat olub. Bankın depozit portfeli böyüyərək, 928,4 milyon manat təşkil edib.
Cəmi bank öhdəliklərinin həcmi 1,4 milyard manat səviyyəsindədir.
Əhali tərəfindən Banka qoyulan əmanətlərin məbləği 84 milyon manat təşkil edib.
Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1,6%, kapitalın gəlirlilik əmsalı (ROE) 23% olub.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.