Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Unikal"a verilən məlumata görə, qəza səbəbindən hazırda Heydər Əliyev prospekti istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.