Bəhrəmtəpə-Biləsuvar yolunda ağır qəza baş verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 15-də saat 16 radələrində Bəhrəmtəpə-Biləsuvar yolunda İkram Əliyevin idarə etdiyi "Kamaz" markalı yük avtomobili ilə T.Muxtarzadənin idarə etdiyi "SCANIA" markalı yük avtomobili toqquşub. "Kamaz" markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən ölüb, "SCANIA" markalı nəqliyyat vasitəsinin sürücüsü isə müxtəlif bədən xəsarətləri alıb.

Araşdırma aparılır.

Murad İbrahimli