Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə Azərbaycanın cavabı gecikmədi.
"Unikal" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O bildirib ki, 2025-ci il dövlət büdcəsinin ilkin layihəsi ilə müqayisədə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.
İqtisadçı əlavə edib ki, bu məbləğ Ermənistanın bütün dövlət büdcəsi xərclərinin cəminin 70%-nə bərabərdir.