Qlobal dövlət borcu 2024-cü ilin sonuna kimi 100 trilyon dolları keçəcək və artmağa davam edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) məlumat yayıb.
Hesabatda qeyd olunur ki, "Dövlətlərin təxminən üçdə ikisində borcun sabitləşməsi və ya azalması proqnozlaşdırılsa da, bu, pandemiyadan əvvəl proqnozlaşdırılan səviyyələrdən xeyli yuxarı qalacaq".
Bu il dövlət borcunun qlobal ÜDM-in 93%-ni təşkil edəcəyi, 2030-cu ilə qədər isə 100%-ə yaxınlaşacağı bildirilir.
Hesabatda müəyyən edilib ki, inkişaf etmiş iqtisadiyyatlarda “risk altında olan borc” üç il ərzində bir qədər azalaraq ÜDM-in 134%-nə düşüb. Eyni zamanda, inkişaf etməkdə olan bazar və inkişaf etməkdə olan ölkələrdə borc ÜDM-in 88%-nə qədər artıb.