"Bu layihə qəbul edildikdən sonra gözlənilən nəticələr odur ki, alkoqollu içki istehlakının məhdudlaşdırılması meylləri müşahidə edilə bilər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bu gün keçirilən iclasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı komitənin sədri Azər Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, keyfiyyətsiz, standartlara cavab verməyən alkoqollu içkilərin istehlakının insan orqanizmi üçün nə kimi fəsadlar törətdiyi məlumdur:
"Bu həm də əhalinin sağlamlığı ilə bağlı beynəlxalq təşəbbüslərin dəstəklənməsidir. Ümumdünya Səhiyyə Təşkilatı tütün məmulatlarının istifadəsi ilə yanaşı alkoqollu içkilərin istehlakının azaldılamsı ilə bağlı təşəbbüslərlə çıxış edir. Bu həm də ölkəmizin həmin təşəbbüslərə qoşulması deməkdir".
Anar Kəlbiyev