Xaçmazda həmkəndlisini döyərək, ölümünə səbəb olan şəxs polis tərəfindən saxlanılıb.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, oktyabrın 12-də Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini, fiziki qüsurlu 57 yaşlı Akif Qəribovu döyərək və bir neçə gündən sonra aldığı xəsarətlərdən ölümünə səbəb olan şəxsin kimliyi məlum olub.

Belə ki, A.Qəribova küt alətlə ağır xəsarətlər yetirən onun həmkəndlisi 1974-cü il təvəllüdlü Eynulla Musayev isə polis tərəfindən saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bu hadisə Eynulla Musayevin törətdiyi ilk qətl hadisəsi deyil. O, 2013-cü ildə onunla intim münasibətdən imtina edən həyat yoldaşı Şərqiyyə Musayevanın başını kəsərək qətlə yetirib. E.Musayev 2014-cü ilin yanvarında məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan mərhum edilmişdi. 

***12:20

Xaçmazda döyülən şəxs xəstəxanada ölüb.

"Unikal"ın Şimal bürosunun məlumatına gorə, Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini, 1967-ci il təvəllüdlü Akif Mövsüm oğlu Qəribov rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində həyatını itirib.

Qeyd edək ki, A. Qurbanov bir neçə həftə əvvəl baş nahiyəsinin ağır xəsarətlərilə xəstəxanaya çatdırılmışdı. 

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca