İsrail ordusunun Livanın cənubunda keçirdiyi genişmiqyaslı əməliyyat zamanı onlarla terrorçu zərərsizləşdirilib və silah anbarı kimi istifadə edilən obyektlər məhv edilib.
"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 91-ci diviziyanın komandanlığına daxil olan “Komando” briqadasının hərbçiləri Livanın cənubunda, İsrailin yaşayış məntəqələrinə hücumların həyata keçirildiyi bölgədə əməliyyatlar aparıb. Əməliyyat nəticəsində çox sayda terrorçu məhv edilib, raket qurğuları və yeraltı tunellər zərərsizləşdirilib, ərazi tamamilə təmizlənib.
Bundan əlavə, 7-ci briqadanın hərbçiləri əməliyyat zamanı silah anbarı kimi istifadə edilən şaxta aşkar ediblər. Şaxtada çoxlu sayda sursat saxlanıldığı müəyyən edilib. Partlayış nəticəsində silah anbarı tamamilə məhv edilib.
İsrail ordusu əməliyyatların bölgədəki təhlükəsizliyi təmin etmək məqsədilə davam etdiriləcəyini bildirib.